Psixoloqlar xəsis insanların daha çox gəlir əldə etdiyini, amma həyatlarından məmnun olmadığını bildirib.
Fins.Az lent.az-a istinadən xəbər verir ki, acgöz insanların gəlirləri ilə yanaşı, partnyorları da sayca çox olur.
Xəsisliyin özlüyündə müsbət və mənfi tərəfləri var. Belə ki, o gəlir üçün yaxşı, xoşbəxtlik üçün pis ola bilər. Bu tip insanlar yaxınlarını daha çox işləməyə və pul qazanmağa məcbur edirlər. Hətta partnyorlarını seçərkən onların gəlir mənbəyinə xarakterindən çox fikir verirlər. Hər nə qədər yaxşı gəlirləri olsa da, bu tip insanlar çox sevilmir və xoş qarşılanmır.
Qeyd edək ki, aparılan tədqiqatlar göstərir ki, xəsis insanlar həmçinin ailə həyatında uşaq sahib olmağa da çəkinirlər. Onlar uşaqlara da əlavə xərc kimi baxırlar.