SOSİUM

10 Fevral

Azərbaycanda ən çox hansı məhsullar bahalaşıb?

Azərbaycanda ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə inflyasiya 17,5% təşkil edib. 

Fins.Az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Cari ilin yanvar ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma manna yarmasının, düyünün, unun, peçenyenin, qoyun və toyuq ətinin, balıq konservlərinin, südün, xamanın, pendirin, narın, almanın, heyvanın, naringinin, bananın, xiyarın, pomidorun, soğanın, kartofun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, çayın, kola içkisinin, arağın, ucuzlaşma isə əsasən qarabaşaq yarmasının, mərcinin günəbaxan yağının, portağalın, limonun və kələmin qiymətlərində müşahidə olunub.

Məlumata görə, digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.