Son zamanlar sosial şəbəkələrdə, "feyk" hesablarla qardaş Türkiyəyə online humanitar yardım adıyla ianə kompaniyaları başladılıb.
Fins.Az xəbər verir ki, bu barədə Trend-ə İKT üzrə ekspert İlqar Şabanov məlumat verib.
O bildirib ki, zəlzələdən zərər çəkmiş qardaş ölkəyə online humanitar yardım göndərmək üçün vətəndaşların diqqət etməli məsələlər hansılardır? İlk öncə rəsmi saytlardan ianə etməlidirlər.
"Azərbaycan vətəndaşları Türkiyədə zəlzələdən zərər çəkənlərə "AFAD" adına açılmış hesab nömrələri vasitəsilə heç bir komissiya tutulmadan yardım edə bilərlər", - deyə ekspert əlavə edib.
Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən sahibkarlar isə Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə yaradılmış "Qardaş köməyi" platforması vasitəsi ilə ianə edə bilərlər,
"Bunlardan əlavə ölkəmizdə Azercell abunəçiləri bir həftə boyunca 7303 qısa nömrəsinə 1, 2, 3, 4, 5, 6, 7, 8, və ya 9 rəqəmini yazıb SMS göndərməklə öz balansından həmin məbləğdə "Nargis" Fondu üzərindən Türkiyə xalqına dəstək məqsədilə ianə göndərə bilərlər. SMS-lərin göndərilməsi üçün abunəçilərdən xidmət haqqı tutulmur", - deyə İ.Şabanov əlavə edib.
Ekspert Türkiyəyə online humanitar yardım edərkən nələrə diqqət olunmalı məsələlərə də toxunub.
"Vətəndaşlar daxil olduğu saytının "https" əlaqəli və "ssl" təhlükəsizlik sertifikatı olduğuna diqqət etməlidirlər. Bank kartı məlumatlarını sosial şəbəkələr e-poçt və SMS vasitəsilə göndərməməlidirlər. Həmçinin yardım etmək istəyən şəxslər ödəniş etmək üçün SMS-lə göndərilən keçidə (link) daxil olmamalı və heç vaxt SMS-lə bank kartı məlumatlarını qarşı tərəfə göndərməməlidir", - deyə ekspert vurğulayıb.