Türkiyədə zəlzələdə ölənlərin sayı 6 957 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Zəlzələ nəticəsində xəsarət alanların sayı 38 224 nəfərdir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.