SOSİUM

07 Fevral

Xarici sularda üzən dənizçilərimiz Türkiyəyə dəstək nümayiş etdiriblər - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) xarici sularda istismar olunan gəmilərinin heyət üzvləri Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar dəstək xarakterli aksiya təşkil ediblər.

QSC-dən Fins.Az-a verilən məlumata görə, dənizçilər dağıdıcı zəlzələyə diqqəti artırmaq məqsədilə öz təşəbbüsləri ilə çalışdıqları gəmilərin göyərtlərində  “Pray For Türkiye” posterləri açıblar. Bununla gəmiçilər həm də, təbii fəlakətdən təəssüfləndiklərini, hər zaman olduğu kimi, bu ağır günlərdə də Türkiyə xalqı ilə həmrəy olduqlarını ifadə ediblər.

Dəstək aksiyaları zamanı dənizçilər zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsini anıb, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veriblər.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə xeyli sayda insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli zəlzələ olub.