SOSİUM

07 Fevral

Bakı metropoliteni bu il də yeni qatarlar alacaq

Bakı metropoliteni Rusiyadan yeni qatarların alınması ilə bağlı hazırlıq işlərinə başlayıb.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, hazırda qatarların alınması ilə bağlı tezniki tapşırıqlar üzərində iş gedir: "Hazırda texniki tapşırıqlar hazırlanır. Qatarların alınması üçün tərəfdaş "Metrovaqonmaş" şirkəti ola bilər. Digər variantlar da istisna olunmur. Hazırda dünyada maşınqayırma zavodları, vaqon istehsal edən müəssisələrin məhsul və avadanlıqları ilə bağlı araşdırma aparılır. Bakı metropoliteninin maraqlarına uyğun olan təkliflər seçiləcək və vaqonların alınması ilə bağlı müqavilə imzalanacaq".

B.Məmmədov bildirib ki, vaqonların alınması ilə bağlı bu il müqavilələr imzalanacaq.

Xatırladaq ki, hazırda Bakı metrosunda 325 vaqon sərnişinlərə gündəlik xidmət göstərir. Onlardan 115-i yeni nəsil vaqonlardır. Hazırda Bakı metrpoliteninin aldığı yeni vaqonlardan 5-i sınaq mərhələsindədir. Yaxın günlərdə həmin vaqonlar da istifadəyə veriləcək.

© Trend