"Qanlı göl"ün ətrafındakı şamlıqda park salınacaq.
Bunu "Qanlı göl" ərazisi üzrə təqdim olunan layihələrə dair ictimai dinləmədə Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib.
Onun sözlərinə görə, ərazidə boş olan yerlər də təqdim olunacaq, şirkətlər tərəfindən yaşayış binaları tikiləcək.
Qeyd edək ki, sözügedən göl Bakı şəhərinin Yasamal rayonunda yerləşir. Vaxtilə bu su hövzəsində batanların sayı çox olduğundan oraya sakinlər tərəfindən "Qanlı göl" adı verilib.