Daşkəsən rayonunun Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolu yenidən qurulub. Yolun uzunluğu 31 km təşkil edir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Daşkəsən–Xoşbulaq–Astaf avtomobil yolunun torpaq yatağının eni 10, hərəkət hissəsinin eni müvafiq olaraq 6 metr təşkil edir. 7 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən bu yolun 11 km hissəsi köhnə, yararsız asfalt örtüklü, 20 km-lik hissəsi isə torpaq əsaslı yoldan ibarət idi. Sözsüz ki, bu, vətəndaşların rahat gediş-gəlişinə maneə yaradırdı.