SOSİUM

01 Fevral

Azərbaycanda dəmir yolu üzrə gediş haqqının dəyişdirilməsi nəzərdə tutulub? – AÇIQLAMA

Hazırda dəmir yolu üzrə gediş haqqının dəyişdirilməsi nəzərdə tutulmayıb.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

"Səhmdar Cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 sentyabr tarixli Fərmanına əsasən, dəmir yolu daşımalarında tariflər və yığımlar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən müəyyən edilir", - açıqlamada deyilir.

© Report