2022-ci il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 221,8 mln. manat və ya 5,1% artım qeydə alınıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan xəbər verilib.
Bildirilib ki, büdcə təşkilatları üzrə daxilolmada ötən ilin müvafiq dövrü ilə müqayisədə 283,1 mln. manat və ya 20,3%, qeyri-büdcə təşkilatları üzrə isə 453,2 mln. manat və ya 18,5% artım müşahidə olunub.