“Son 8 həftədə 170 mindən çox insan COVID-19-dan ölüb”.
Fins.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus qurumun icraiyyə komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, bu, yalnız qeydə alınan rəqəmdir: “Əslində, bu göstərici daha böyük ola bilər”.
ÜST sədri xatırladıb ki, artıq dördüncü ildir koronavirus davam edir: “İndiki durum bir il əvvəlkindən daha yaxşıdır”.