Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
"Azərsu" ASC-dən Fins.Az-a verilən məlumata görə, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.