Azərbaycanlı gənc Hüseyn Qardaşov "National Aeronautics and Space Administration" (NASA) saytında xəta aşkarlayıb.
Fins.Az xəbər verir ki, xətanı rəsmi şəkildə NASA-ya bildirən Hüseyn, təsdiq geridönüşü almışdır.
Sözügedən qurum bundan sonra xətanı aradan qaldırmışdır. Tapılan boşluqda saytın error mesajindan sonra həssas məlumatlar əks olunurdu. Həmin məlumatlarda SQL bazası, server və drayver haqqında məlumatlar əks olunmuşdu. Bu boşluq daxilində yerləşən məlumatlar gələcəkdə bəd niyyətli istifadəçilər tərəfindən istifadə edilərək infrastrukturlar və serverlərə qarşı hücumlar törədə bilərdilər.
Hüseyn Qardaşov Kiber Təhlükəsizlik Platformasının kiçik təlimçisi, Azərbaycan Dövlət İqtisad Universiteti İnformasiya Təhlükəsizliyi ixtisasının 2-ci kurs tələbəsidir.