Azərbaycanda "ƏDV geri al" layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sonuna qədər istehlakçılara ümumilikdə 361,5 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
Fins.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, bunun 190 milyon manatdan çox hissəsi 2022-ci ilin payına düşüb ki, bu da 2021-ci illə müqüayisədə 36,9% çoxdur.
Ötən il nağdsız qaydada alınmış mallara və yaxud əldə edilmiş xidmətlərə görə istehlakçılara 64,3 milyon manatdan çox ƏDV geri qaytarılıb ki, bu da əvvəlki illə müqayisədə 77,5% çoxdur.