SOSİUM

21 Yanvar

Sərnişinlərin 94 faizi avtobus xidmətlərindən yararlanıb

2022-ci ildə nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 126 milyon ton yük, 1405 milyon sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Fins.Az-a bildirilib ki, əvvəlki illə müqayisədə müvafiq olaraq 12 faiz və 25,5 faiz artım qeydə alınıb. Sərnişinlərin 94 faizi avtobus, 6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 23,1 faiz, sərnişin dövriyyəsi isə 25 faiz artıb.