SOSİUM

21 Yanvar

Qida məhsullarının istehsalı 7,7 faiz artıb - FOTO

2022-ci ildə ötən illə müqayisədə qida məhsullarının istehsalında 7,7 faiz artım, içki istehsalında 4 faiz, tütün məmulatlarının istehsalında isə 12,2 faiz azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən Fins.Az-a bildirilib ki, bu sahələrin əsas məhsullarından marqarin istehsalı 85 faiz, qənd və şəkər tozunun istehsalı 11,7 faiz artıb, duru bitki yağlarının istehsalı isə 7,3 faiz azalıb.