SOSİUM

18 Yanvar

Bu qanun layihəsinin qəbulu maliyyə vəsaiti tələb edir - Ziyafət Əsgərov

"Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsinin qəbulu maliyyə vəsaiti tələb edir.

Fins.az.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında komitə sədri Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, "Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsi keçən dəfə də payız sessiyasının iş plaına daxil edilmişdi.

"Qanun layihəsi maliyyə resursları tələb edir. Mən bu barədə maliyyə naziri Samir Şərifovla da danışmışam. Ümid edirik ki, bu sessiyada "Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsi qəbul ediləcək", - deyə o qeyd edib.