2022-ci ildə "Azərbaycan Dəmir Yolları" QSC (AYD) 5 milyon 136 min sərnişin daşıyıb.
Fins.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 84 % çoxdur.
Ötən il daşınmış sərnişinlərin 5 milyon 8 mini Abşeron dairəvi dəmir yolu xətti üzrə daşımalara aiddir.
"İl ərzində Bakı-Gəncə-Bakı istiqamətində hərəkətin bərpası təmin edilib, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə əlavə qatarlar xəttə buraxılıb. 2022-ci ildə ölkə üzrə dəmir yolu ilə sərnişin daşınmalarında son on ilin ən yüksək göstəricisi əldə olunub”, - deyə qurum bəyan edib