SOSİUM

16 Yanvar

Tərtərdə müharibədə dağılan evlərin bərpasına 1,5 mln. manat ayrılıb

Ermənistanın Azərbaycan ərazisinə təcavüzü nəticəsində Tərtər rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması üzrə növbəti tender keçirilib.

Fins.az dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin keçirdiyi tenderin qalibi Real-İnşaat MMC seçilib.