Gələn həftə ərzində ölkə ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Fins.Az-a verilən məlumata görə, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək, lakin bəzi şərq rayonlarında və Abşeron yarımadasında səhər saatlarında duman, çiskin olacaq.
Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələrək iqlim normasına yaxınlaşacaq.
Gündüz saatlarında Bakıda və Abşeron yarımadasında 5-7° isti, dağlıq rayonlarda 0-5° şaxta, aran rayonlarında 5-8°isti olacaq.