SOSİUM

13 Yanvar

Memarlar İttifaqının yeni seçilmiş idarə heyətinin birinci təşkilati plenumu keçirilib

Yanvarın 13-də Azərbaycan Memarlar İttifaqının yeni seçilmiş idarə heyətinin birinci təşkilati plenumu keçirilib.

Fins.Az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Memarlar İttifaqı Katibliyinin və yaradıcılıq komissiyalarının yeni tərkibi barədə məsələyə baxılıb.

Memarlar İttifaqının sədri Elbay Qasımzadə həmkarlarını İdarə heyətinə seçilmələri münasibətilə təbrik edib, səmərəli iş və yaradıcılıq uğurları arzulayıb.

Sonra Memarlar İttifaqına 5 katib və 11 komissiya üzrə sədrlər seçilib. Komissiyaların sədrlərinə Katibliyin növbəti iclasınadək komissiyaların tərkibləri və Tədbirlər planlarını hazırlayıb təqdim etmələri tapşırılıb.