Ötən il Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) elektrik qurğularının texniki istismarı, təhlükəsizlik texnikası qaydalarına əməl olunması və elektrik enerjisindən istifadənin vəziyyətinin araşdırılması məqsədilə 801 nəzarət tədbiri aparıb.
Fins.Az-ın məlumatına görə, Agentlikdən AZƏRTAC-a bildirilib ki, qazdan səmərəli istifadənin, “Qazdan istifadə Qaydaları”nın və qaz qurğularının etibarlı istismarının, həmçinin digər normativ-hüquqi aktların tələblərinə əməl olunmasının vəziyyətinin araşdırılması məqsədilə 629 nəzarət tədbiri görülüb.