Türkiyə ötən il 1 mlrd. 469 mln. 272 min ABŞ dolları dəyərində müxtəlif həcmli avtobus ixrac edib, bu da illik müqayisədə 16,1% artım deməkdir.
Fins.az xəbər verir ki, APA-nın Türkiyənin “Anadolu Ajansı”a istinadən verdiyi məlumata görə, 2021-ci ildə ölkə 1 mlrd. 265 mln. 559 min dollar dəyərində avtobus ixrac edib.
“Bu prosesdə sektor iştirakçıları 83 ölkəyə məhsul göndəriblər. Ən çox ixrac edilən 10 ölkədən 8-i Avropa ölkəsidir”, - məlumatda qeyd olunur.
Qeyd olunur ki, Türkiyənin ixrac etdiyi ölkələrin sırasında Azərbaycan ilk onluqda qərarlaşıb. Belə ki, ötən il Türkiyə Azərbaycana 47 mln. 666 min dollarlıq ixrac edib.