Azərbaycanda "Qubek Otel" İstirahət Zonası satışa çıxarılır.
Fins.Az xəbər verir ki, otel, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu gün təşkil edilən hərrac vasitəsilə satşa çıxarılıb.
İstirahət zonası Balakən şəhəri ərazisində yerləşir, ümumi torpaq sahəsi 13400.0 kv.m, tikilinin ümumi faydalı sahəsi isə 9297.4 kv.m təşkil edir.
Əmlakın və onun yerləşdiyi torpaq sahəsinin hərraca çıxarılan ümumi ilkin (satış) qiyməti 9 milyon 100 min manat təşkil edir.
©Trend