SOSİUM

10 Yanvar

Yaşayış sahəsini təqdim edən fiziki şəxsin hansı vergi öhdəliyi yaranır?

Bakı şəhərində yaşayan fiziki şəxsin evini satarkən vergi öhdəliyi yaranırmı?

Fins.Az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinə əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini və mülkiyyətində olan torpaq sahələrini təqdim edən fiziki şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.

Qeyd edilən sahələrin təqdim olunması zamanı sadələşdirilmiş vergi müqaviləsini təsdiqləyən notariuslar tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə ödənilir.

Həmçinin fiziki şəxsin azı üç il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb olunmur.

Bununla yanaşı, fiziki şəxslərin yaşayış sahəsinin təqdim edilməsi zamanı 30 kvadratmetr olan sahə sadələşdirilmiş vergidən azad edilir. Bu zaman fiziki şəxs üç təqvim ilindən az müddətdə qeydiyyatda olduqda yaşayış sahəsi təqdim edərkən həmin yaşayış sahəsinin 30 kvadratmetr olan hissəsi çıxılmaqla qalan sahənin hər kvadratmetrinə sadələşdirilmiş vergi hesablanır.

Verginin məbləği satılan mənzilin sahəsinin hər kvadratmetrinə 15 manat olmaqla Vergi Məcəlləsi ilə müəyyən olunmuş əmsalın tətbiqlənməsi ilə müəyyən edilir.