SOSİUM

10 Yanvar

Bakıda qarda sürüşərək xəsarət alanların sayı AÇIQLANDI

Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbi ilə Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 40 müraciət daxil olub.

Bu barədə  TƏBİB-dən məlumat verilib.

Xəsarət alanlardan 39-u (15-i qadın, 14-ü kişi olmaqla) aidiyyəti üzrə tibb müəssisəsinə hospitalizasiya olunub.

1 nəfərə isə yerində ilkin tibbi yardım göstərilib.

Qeyd edək ki, müraciətlər əsasən diz oynağı, çanaq, bilək, topuq, çiyin çıxığı, əl nahiyələrinin travmaları ilə bağlı olub. 

Xəsarət alanlardan 1-i uşaq, digərləri isə 20-62 yaş aralığında şəxslər olublar.