SOSİUM

09 Yanvar

Bakı-Sumqayıt qatarı 45 dəqiqə gecikdi: Sərnişinlər soyuq havada əlacsız qaldılar

Bakı-Sumqayıt elektrik qatarı 45 dəqiqə gecikib. 

Fins.az xəbər verir ki, bu gün səhər saat 08:00-da Sumqayıt sərnişin stansiyasından hərəkətə başlamalı olan qatar gecikib. Dəmiryol işçiləri bu barədə sərnişinlərə dolğun məlumat verməyiblər.

Sərnişinlər deyirlər ki, qatar 45 dəqiqə gecikmə ilə gəlib. Bu zaman müddətində sərnişinlərə turniketlərin yanında gözləməyə imkan verilməyib, sərnişinlər 45 dəqiqə platformada soyuq hava şəraitində əlacsız gözləməli olublar. 

Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə sorğu ünvanlasaq da, sorğumuza cavab verilməyib.

©Oxu.az