SOSİUM

06 Yanvar

Azərbaycanda qazlaşdırılmayan 982 kənd var

“Hazırda ölkə ərazisində qazlaşdırılmayan 982 kənd var”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, bu kəndlər içində əsas problemli olanların sayı 426-dır: “Çünki həmin kəndlər birbaşa meşə ilə sərhəddə yerləşir və onların 96 faizi istilik üçün odundan istifadə edir”.

Xidmət rəisi qeyd edib ki, ötən il Nazirlik tərəfindən 71 min kubmetr odun tədarük edilib və onun 37 min kubmetrinin vətəndaşlara satılması təmin olunub.