Azərbaycanda hazırda yayılan virusun qrip olduğu ehtimal edilir
Bu barədə sualları cavablayərkənTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib.
O qeyd edib ki qış aylarında sadəcə koronavirus deyil eyni zamanda artıq Avropada da geniş yayılmaqda olan qrip virusu da özünü göstərir.
"Qripə yoluxan insanlarla COVID-19-a yoluxan insanların sayı eyni nisbətdə görülür. Təbii ki, Azərbaycanda da qızdırma, öskürək, ümumi halsızlqla bağlı şikayətlər qış aylarıdna artmağa başlayır və sürətlə yaılır. Azərbaycanda hazırda yayılan virusun qrip olduğu ehtimal edilir.
İstənilən halda koronovirusa da qripə qarşıda profilaktik tədbirlər və müalicə eynidir. Sadəcə sağlam qidalanaraq, mövsümə uyğun geyinərək,zamanında peyvənd olunaraq virusdan qoruna bilərik. Artıq yoluxan insanlar isə gərəksiz antibiotik və qrip əleyhinə dərmanlardan uzaq durmalıldır", - deyə V. Əliyev əlavə edib.
©Trend