2023-cü ildən xəstəlik üçün alınan bülletenlər elektronlaşdırılacaq.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) direktoru Kənan Əkpərov bu gün ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, Səhiyyə Nazirliyi ilə bu istiqamətdə iş aparılır:
"Bununla bağlı qanunvericiliyə müvafiq dəyişikliklər də olacaq. Sistem elektronlaşandan sonra işçilərin hər hansı xəstəlik və ya hamiləliyə görə alacaqları kağız sənədlər artıq elektron platformadan yönləndiriləcək".