2022-ci ilin noyabr ayında fərdi uçot sistemində qeydə alınmış sığortaedənlərin sayı 4 048 vahid və ya 0,22% artaraq, 1,85 milyon vahid təşkil edib.
"Fins.az" xəbər verir ki, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 483, fiziki şəxslər üzrə 2 361, torpaq mülkiyyətçiləri üzrə isə 1 204 vahid artıb.