SOSİUM

26 Dekabr

Azad edilmiş ərazilərdə işləyən mütəxəssislərə gələn ildən birdəfəlik ödəmələr nəzərdə tutulub - Himalay Məmişov

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün növbəti ildə birdəfəlik müavinətlər nəzərdə tutulub.

Bunu bu gün Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, mexanizm hələ ki dəqiq deyil.

“Müraciət əsasında təyin olunacaq”,- deyə o əlavə edib.