SOSİUM

26 Dekabr

Üçüncü sosial islahat paketi davam etdirilir - DSMF sədri

Cari il ərzində ünvanlı yardım üçün ehtiyac meyarı 170 manatdan 200 manata çatdırılıb və 280 min nəfəri əhatə edir.

Bunu bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, minimum pensiya məbləği 200 manatdan 240 manata çatdırıldı və 40 min nəfəri əhatə edir.

“Üçüncü sosial islahat paketi davam etdirilir. Aparılan islahatlar çərçivəsində əmək pensiyalarının orta aylıq məbləğində artım görülür. Yaşa görə əmək pensiyasının məbləğidə ciddi şəkildə artıb. Bu keçən illə müqayisədə 11% artım deməkdir”, - deyə o əlavə edib.