SOSİUM

23 Dekabr

“Xocəsən” stansiyasında interval nə qədər olacaq? - AÇIQLAMA

Bu gün Bakı Metropoliteninin yerüstü ikinci, ümumilikdə isə 27-ci stansiyası olan “Xocəsən” stansiyası sərnişinlərin istifadəsinə verilib.

Bu barədə açılışında “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, “Xocəsən” stansiyası “bənövşəyi xətt”in dördüncü stansiyası olaraq bu gün ilk sərnişinlərini qarşılayıb:

“Belə ki, “bənövşəyi xətt”in “Xocəsən” elektrik deposunun ərazisində eyniadlı yerüstü stansiya istismara verilib. Eyni zamanda 25 ha ərazini əhatə edən “Xocəsən” deposunun da tikinti işlərinin birinci hissəsi sona çatdırılıb.

“Bənövşəyi xətt” 7 vaqonluq qatarların hərəkəti üçün nəzərdə tutulduğundan stansiyanın platforması 144 metr uzunluğundadır. Bugünkü dövr üçün ərazidə yaşayan sakinlərin sayı nəzərə alınaraq qatarların ilkin intervalı 16 dəqiqə təyin edilib”.

Qeyd edək ki, “Xocəsən” stansiyasının rəisi Seyfulla Vəliyevdir. O daha əvvəl “Memar Əcəmi” stansiyasının, bu təyinata qədər isə “Nəriman Nərimanov” stansiyasının rəisi vəzifəsində çalışıb.