SOSİUM

20 Dekabr

Deputat: Qadın sahibkarlara güzəştlər olmalıdır

Azərbaycanda qadın sahibkarların sayını artırmaq üçün onlar üçün müəyyən güzəşt addımları atılmalıdır.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib.

"Həmçinin televiziyalarda qadın sahibkarlarla bağlı proqramların sayı artırılmalıdır. Ümumilikdə ölkədə qadın sahibkarların sayı artmaqdadır", - deyə o qeyd edib.