“TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çox sayda ailə tibb mərkəzləri, kənd tibb və kənd həkim məntəqələri mövcuddur. Onların hazırda xəritəsi hazırlanır və bu proses bitmək üzrədir”.
Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında bildirib.
O vurğulayıb ki, həmin tibb müəssisələrinin təmir vəziyyətləri, əhaliyə göstəriləcək xidmətin səviyyəsini artırmaqla bağlı layihələr hazırdır:
“Ailə sağlamlıq mərkəzləri, kənd tibb və kənd həkim məntəqələrinin yenidən qurulması, orada həkim, orta tibb işçisinin yerləşdirilməsi, onların fəaliyyətinin təmin olunması ilə bağlı layihələr artıq hazırlanıb. Bunların gələn ildən tətbiqinə başlanılacaq”.