SOSİUM

20 Dekabr

Pandemiya dövründəki modul tipli xəstəxanaların təyinatı dəyişdiriləcək

Pandemiya dövründə fəaliyyət göstərmiş modul tipli xəstəxanalarla bağlı layihə hazırdır.

Bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, həmin xəstəxanaların digər fəaliyyətlər üçün əhaliyə xidmət göstərməsi nəzərdə tutulur:

"Məqsəd vətəndaşlara yaxın ərazilərdə xəstəxanalara əlçatanlığı təmin etməkdir. Modul xəstəxanaların təyinatı dəyişdirilərək fəaliyyətləri təmin olunacaq".