2023-cü ilin iş və istirahət günlərinin sayı açıqlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Fins.az"a verilən xəbərə görə, 2023-cü ildə beşgünlük iş həftəsində 240 iş günü (onlardan 7-si bayramqabağı və Ümumxalq Hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram (4-ü istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq Hüzn günü var.