SOSİUM

15 Dekabr

Azərbaycanda dəmir yolu ilə sərnişin daşımaları 85% artıb

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2022-ci ilin yanvar-noyabr aylarında 17 mln. ton yük, 4 534,8 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 25,8%, sərnişin daşınmasında isə 85,4% artım müşahidə olunub.

“Orta hesabla sutkada 376 vaqon yüklənib, 398 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,9 min ton, Qərb istiqaməti üzrə 3,7 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda qeyd olunur.