SOSİUM

15 Dekabr

Dövlət Məşğulluq Agentliyi işlə təmin etdiyi şəxslərin sayını açıqladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin 11 ayında 104 min işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. 

"Fins.az" xəbər verir ki, bu barədə  Dövlət Məşğulluq Agentliyinin yaydığı məlumatda bildirilir.

O cümlədən: 36,1 min şəxs münasib işlərlə təmin edilib,15,9 min şəxs kiçik təsərrüfatlarını qurmaları üçün özünüməşğulluq proqramına cəlb edilib, 4,1 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 47,9 min  şəxsə peşəyönümü xidmətlər göstərilib.