SOSİUM

04 Noyabr

Deputat: "Ərzaq və kənd təsərrüfatı məhsullarının qiyməti artır"

"Bu gün bazarda ərzaq məhsulları ilə yanaşı kənd təsərrüfatı məhsullarının qiymətləri də artır və bununla da inhisarçlılıq öz sözünü deyir".

Fins.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin noyabrın 4-də keçirilən birgə iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, regionlarda kənd təsərrfüatı məhsullarının qiyməti 5 dəfə ucuzdur, amma Bakıda bahadır: “Maliyyə orqanları bu sahədə fikirləşməlidirlər, çünki qiymətlərin bahalaşması həm sahibkarların ziyanınadır, həm də insanların rifahını aşağı salır”.