Gələn il Azərbaycanda ÜDM-in 100 milyard manatı ötəcəyi proqnozlaşdırılır.
Bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün büdcə layihəsinə bu gün dərc edilən rəyində deyilir.
Rəydə bildirilib ki, 2023-cü ildə ÜDM-in nominal ifadədə 106012,8 mln. manat olacağı proqnozlaşdırılıb ki, bu da 2022-ci il üzrə gözlənilən məbləğdən 13,9 mlrd. manat azdır. Nominal ifadədə azalma növbəti ildə neftin qiymətində nəzərdə tutulan 40 ABŞ dolları azalma ilə izah edilir. Qeyri-neft ÜDM-nin nominal məbləğində (73319,4 mln. manat) 9,2% artım proqnozlaşdırılıb.
Aparılan hesablamalara əsasən, qeyri-neft ÜDM-i üzrə proqnozlaşdırılan artıma daha çox qeyri-neft sənayesi, həmçinin sosial və digər sahələrin töhfə verəcəyi nəzərdə tutulur.