Bu ilin 9 ayında əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 60 267 nəfər müavinət alıb.
Bu, “Dövlət sosial müdafiə fondunun 2023-cü il üçün büdcə layihəsinə Hesablama Palatasının rəyi”ndə əksini tapıb.
Həmçinin bu müddət ərzində 17 979 nəfər hamiləliyə və doğuma görə, 52 300 nəfər uşağın anadan olmasına görə, 36 000 nəfər 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar müavinət alıb, 34 254 nəfərə isə dəfn müavinəti verilib.