SOSİUM

26 Oktyabr

Paytaxtın hansı küçələrində tıxac var? - SİYAHI

Paytaxtda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, sıxlıq olan yollar aşağıdakılardır:

1. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

5. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

6. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

7. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər);

8. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

10. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

11. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;

12. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;

13. Babək prospekti, mərkəz istiqamətində;

14. Qara Qarayev prospekti, “Qara Qarayev” metro stansiyasından “Koroğlu” metro stansiyasına istiqamətində sıxlıq müşahidə olunur.