Elektron məhkəmənin yeni versiyası hazırlanır. Bununla bağlı işlərə başlanılıb.
Bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyalar idarəsinin rəisi Ağakərim Səmədzadə “Vəkillik və İKT, müasir çağırışlar” mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, xidmətlər vətəndaşlara yaxın olmalıdır.
"Bu sahədə bizim kifayət qədər uğurlarımız da var. Yaxın günlərdə "mobil əhali" tətbiqini istifadəyə veriləcək. Həmin tətbiq vasitəsilə vətəndaşlarımız arayışları ala biləcəklər", - deyə o, əlavə edib.