SOSİUM

19 Oktyabr

Bu il əməkhaqqı fondu 16 faiz artıb

Ölkəmizdə ardıcıl sosial islahatların mühüm istiqaməti olan əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım dinamikası əməkhaqqı fondunun da artımı ilə nəticələnir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, 2022-ci ilin yanvar-sentyabr aylarında da əməkhaqqı fondunda 16 faiz (o cümlədən dövlət sektoru üzrə 17 faiz, özəl sektoru üzrə 15 faiz) artım qeydə alınıb.

Ümumilikdə son 4 ildə illik əməkhaqqı fondu 2,2 dəfə artıb.