SOSİUM

19 Oktyabr

Qarabağda doqquz avtomobil magistralı və iki dəmir yolunun tikintisi aparılır - Bəşir Hacıyev

Qarabağda doqquz avtomobil magistralı və iki dəmir yolunun tikintisi üzrə işlər aparılır.

Bunu çərşənbə günü Qarabağ iqtisadi rayonu üzrə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev "Qarabağda biznes və investisiya imkanları" adlı panel sessiyasında deyib.

"Azad edilmiş ərazilərdə yeni infrastrukturun yaradılması işləri davam edir. 4 məktəbin tikintisi gedir, onlardan ikisi bu il istifadəyə veriləcək. Ağdamda tibb müəssisəsi inşa olunur. Ağdam üzrə bir sıra tikinti layihələri təsdiqlənib", - deyə o bildirib.

B.Hacıyev qeyd edib ki, Qarabağın ekoturizm və şərabçılıq turizmi üzrə nəhəng potensialı var.

"Demək olar ki, Qarabağın bütün rayon və şəhərlərində bu cür potensial var", - deyə o bildirib.

Zəngəzur dəhlizi barədə danışarkən, B.Hacıyev qeyd edib ki, bu dəhlizin müxtəlif istiqamətlər üzrə yük tranziti üçün böyük potensialı mövcuddur.