Avropa İttifaqı (Aİ) hələ də "mavi yanacağın" birgə alışını həyata keçirməsə də, belə əməliyyatların mümkün olması üçün xüsusi platforma hələ aprel ayında yaradılıb.
Fins.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) sözçüsü Tim Makfi bildirib.
O deyib ki, platformanın tələbin birləşdirilməsində, infrastrukturdan istifadənin koordinasiyasında, beynəlxalq tərəfdaşlarla danışıqlarda, Aİ-də qaz və hidrogenin birgə alınmasına hazırlıqda əsas rol oynayacağı planlaşdırılırdı. Platforma könüllü koordinasiya mexanizmidir.
"Amma hələ heç bir ortaq alışımız olmayıb, - o deyib.