Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən bildirilib ki, hazırda paytaxtın aşağıdakı yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;
2. Heydər Əliyev prospekti kənar yol, “Koroğlu” metro stansiyası istiqamətində;
3. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından “20 Yanvar” metro stansiyası istiqamətində;
4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;
6. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;
7. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;
8. Koroğlu Rəhimov küçəsi, Akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;
9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
10. Zərifə Əliyeva küçəsində;
11. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
12. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən Dədə Qorqud parkı istiqamətində;
13. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
14. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
15. Babək prospekti, mərkəz istiqamətində;
16. Mətbuat prospekti, “Mikayıl Müşfiq” dairəsi istiqamətində;
17. Aeroport şosesi, “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.