Bu ilin sentyabr ayında "Bakı Metropoliteni" QSC 18 milyon 336 min 117 sərnişin daşıyıb.
Bu barədə qurumdan bildirilib.
"Hər gün orta hesabla 611 min 204 nəfər metrodan istifadə edib. Yeni tədris mövsümünün başlanması, fəal istirahət dövrünün başa çatması ilə əlaqədar sentyabrın 15-dən metrodan istifadə edən sərnişinlərin sayında əvvəlcədən proqnozlaşdırılan artım müşahidə olunub. Ümumən, müqayisəli qeyd etsək, sentyabrın 15-dən sonra 12 iş günü ərzində metro orta hesabla hər gün 749 min 11 sərnişin daşıyıb. 12 gün ərzində daşınan sərnişinlərin sayı ayın qalan günləri daşınanların 49 %-ni təşkil edib", - məlumatda qeyd olunub.
(c)Report